Ağstafada 15 yaşlı yeniyətmə qız dəm qazından zəhərlənib.
Unikal.аz xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndinə baş verib. 2009-cu il təvəllüdlü A.Hacıyeva yaşadığı evin vanna otağında çimən zaman dəm qazından zəhərlənib.
15 yaşlı qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.