Gəncədə universitetə rektor təyin olunub. Bu haqda 31 avqust tarixində President.az-a istinadən məlumat veririk.
Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycan Dövlət Aqrar Universitetinə rektor təyin olunub. Bu vəzifə Zəfər Qəzənfər oğlu Qurbanova həvalə edilib.
Qeyd edək ki, ADAU-nun öncəki rektoru İbrahim Cəfərov 6 sentyabr 2022-ci ildə vəzifədən azad olunmuşdu. Bundan sonra həmin vəzifəni Zəfər Qurbanov icra edirdi.