Gəncədə ali təhsil müəssisəsinin rektoru işdən çıxarılıb. Bu haqda 6 sentyabr tarixində Prezident.az saytına istinadən məlumat veririk.
Prezident İlham Əliyev yeni sərəncam imzalayıb. O, İbrahim Cəfərovu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edib.
Qeyd edək ki, İbrahim Həsən oğlu Cəfərov 25 iyul 2013-cü il tarixindən bu vəzifəni icra edib. Bu təyinatdan öncə isə o, ADAU-nun rektor əvəzi, tədris işləri üzrə prorektoru olub.