Gəncədə universitetlərdən biri tender keçirib. Bu haqda 29 mart tarixində Fed.az-a istinadən məlumat veririk.
Söhbət Azərbaycan Dövlət Aqrar Universitetindən gedir. Təhsil ocağı “ADAU ilə Türk Hava Yolları aviabiletlərin satınalınması” tenderinin nəticələrini açıqlayıb.
Məlumata əsasən, müsabiqənin qalibi Türk Hava Yolları Anonim Ortaqlığının Azərbaycandakı Nümayəndəliyi olub. Tərəflər arasında 252 100 manatlıq müqavilə imzalanıb.