Gəncədə qanvermə aksiyası baş tutacaq. Bu haqda 13 iyul tarixində Qafqaz Müsəlmanları İdarəsinə istinadən məlumat veririk.
Aksiya Aşura günü ilə əlaqədar olaraq təşkil edilir. Qan vermək istəyən vətəndaşlar 28 iyul tarixində Mərkəzi Qan Bankının Gəncə bölməsinə yaxınlaşaraq təşəbbüsdə iştirak edə bilərlər.
Qeyd edək ki, məhərrəm ayı miladi təqvimlə 19 iyul başlayır, Aşura günü isə 28 iyula təsadüf edir.