Şəmkirdə 56 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb.
Unikal.аz xəbər verir ki, rayonun Qapanlı kənd sakini, 1969-cu il təvəllüdlü Xaliq İsmayılov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, X.İsmayılovu Şəmkir şəhər sakini, 1986-cı il təvəllüdlü Namiq Hüseynov münaqişə zəminində bıçaqlayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Fakt araşdırılır.