Gəncədə bıçaqlanma hadisəsi baş verib. Bu haqda 30 mart tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin mərkəzində qeydə alınıb. 53 yaşlı Azər Xəlil oğlu Rzayev bıçaqlanıb. O, üzün sol yanağı və gicgah nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu deyilir.
Rzayev naməlum şəxs tərəfindən bıçaqlandığını bildirib.
Faktla bağlı araşdırma aparılır.