Gəncədə intihar hadisəsi baş verib. Bu haqda 5 iyun tarixində Report-a istinadən məlumat veririk.
Hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb. 41 yaşlı Daşkəsən rayon sakini Pərvanə Maarif qızı Hüseynova doqquzmərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb. Nəticədə qadın yerindəcə dünyasını dəyişib.
İntiharın başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, mərhumun həmin mənzildə kirayədə yaşadığı bildirilir.