Şəhər İcra Hakimiyyətinin və Gəncə Qarnizonu Zabitlər Evinin birgə təşkilatçılığı, Dövlət Filarmoniyasının dəstəyi ilə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr edilmiş ümumşəhər tədbiri keçirilib. Bu haqda 26 iyun tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
İlk olaraq, tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət edib, “Əbədi Məşəl” abidəsi önünə tər çiçəklər düzüb, Vətən uğrunda canından keçən igid oğul və qızlarımızın əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Daha sonra Filarmoniyanın açıq hava səhnəsində konsert proqramı nümayiş olunub. “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının, Filarmoniyanın və Gəncə Qarnizonu Zabitlər Evinin solistlərinin təqdimatında konsert proqramı ilə davam edib.