Gəncədə bıçaqlanma hadisəsi baş verib. Bu haqda 25 iyul tarixində Bizim.media-ya istinadən xəbər veririk.
20 yaşlı şəhər sakini Sərdar Nəsibov parkların birində naməlum şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb və əməliyyata götürülüb. Zərərçəkmişin vəziyyətinin stabil olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.