top
18 yaşlı oğlan arvadı evdən getdiyi üçün QOHUMUNU BIÇAQLADI
22 fevral 2025, 15:35
- ↺ +

18 yaşlı oğlan arvadı evdən getdiyi üçün QOHUMUNU BIÇAQLADI

 

Yevlaxda qohumlar arasında bıçaqlanma olub.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Nicat Əsgərov (ad şərtidir) 2007-ci ildə Yevlax şəhərində doğulub. Həyat yoldaşı Aysel Əsgərova (ad şərtidir) ondan küsərək anası evinə gedib. Arvadının bu hərəkətindən əsəbiləşən Nicat qayınanasıgilə gedib. Həyat yoldaşını evə aparmaq istəyəndə qadının dayısı Əli Seyidov (ad şərtidir) buna icazə verməyib. Aralarında yaranmış mübahisə zamanı Nicat arvadının dayısı Əli Seyidovu bıçaqlayıb.

Nicat Əsgərov Azərbaycan Respublikası CM-nin 126.1-ci (sağlamlığa ağır zərbə vurma) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində göstərib:

“Hadisədən bir gün əvvəl həyat yoldaşım Aysellə dava etdiyimiz üçün küsüb anası evinə getdi. Mən də səhəri günü arvadımı evə qaytarmaq üçün qayınanamın evinə gedəndə Ayselin anası məni təhqir etməyə başladı. Bu zaman Ayselin dayısı həyata çıxıb məni vurdu. Mən də əsəbiləşib cibimdə olan bıçaqla onu vurdum”.

Daha sonra zərərçəkmiş Əli Seyidov məhkəmədə ifadə verib:

“Bir gün eşitdim ki, Aysel Nicat tərəfindən təhqir edildiyi üçün acıq edib evdən qaçıb. Məsələni aydınlaşdırmaq üçün bacımgilə getdim. Elə həmin gün Nicat da ora gəldi. Bacım Rayanın həyətdə qışqırığını eşidib çölə çıxdım. Gördüm ki, Nicatla dalaşır. Söyüş söydüyü üçün əsəbiləşib onu vurdum. Bu zaman Nicat cibindəki bıçaqla məni yaraladı”.

Məhkəmədə aparılan istintaq və tərəflərin çıxışları ilə Nicat Əsgərov cinayət üzrə təqsirli bilinib.

Məhkəmənin qərarı ilə Nicat Əsgərov 3 il müddətində azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Dünən, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Dünən, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Dünən, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Dünən, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Dünən, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Dünən, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Dünən, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
29 sentyabr 2026, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
29 sentyabr 2026, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
29 sentyabr 2026, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
29 sentyabr 2026, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
29 sentyabr 2026, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
29 sentyabr 2026, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
29 sentyabr 2026, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
29 sentyabr 2026, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
29 sentyabr 2026, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
29 sentyabr 2026, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Oxşar xəbərlər