Gəncədə yeniyetmə naməlum şəraitdə dünyasını dəyişib. Bu haqda 9 yanvar tarixində Oxu.az-a istinadən məlumat veririk.
Qusar rayon sakini, 14 yaşlı Elnur Ulubəyovun şəhərdə kirayə qaldığı evdə halı pisləşib. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Müayinə zamanı yeniyetmənin artıq həyatını itirdiyi məlum olub.
Yaxınları Elnurun ötən gün bir az qızdırması olduğunu bildiriblər. Faktla bağlı araşdırma aparılır.