22.5 C
Gence
22.5 C
Gence

Gəncədə bir neçə gün öncə təmir olunan yol yenə yamaqlanır

Dekabrın 3-ü Gəncədə yerləşən “Şərikli çörək” mağazasının qarşısında yol təmir olunmuşdur. Təmirdən sonra ortaya çıxan nöqsanlar səbəbindən bu gün təkrarən yolun həmin hissələri yamaqlanıb. Bu haqda 8 dekabr tarixində məlumat daxil olub.

İşlər Nizami prospektində aparılıb. Əraziyə texnika və canlı qüvvə cəlb olunub. Aidiyyəti qurumun əməkdaşları bu gün səhər saatlarından etibarən asfaltın çökən hissələrini qaşıyıblar. Daha sonra yol təkrarən yamaqlanıb.

Daha öncə, sözügedən ərazidə aparılan işlər haqda məlumat vermişdik.

Ən Çox Oxunan