19.1 C
Gence
19.1 C
Gence

Gəncədə yolun çökən hissəsinə yamaq vurulur

Gəncədə “Şərikli çörək” mağazasının yanında yol təmir olunur. Bu haqda 3 dekabrda məlumat daxil olub.

Nizami prospektində aparılan işlərin görülməsi üçün texnika və canlı qüvvə cəlb olunub. Aidiyyəti qurumun əməkdaşları bu gün səhər saatlarından asfaltın çökən hissələrini qaşıyıb, daha sonra isə yeri hamarlaşdırıblar.

Qeyd edək ki, hal-hazırda yolun təmir olunan hissəsinə yeni asfalt tökülüb.

Ən Çox Oxunan