Gəncədə növbəti küçə asfaltlanıb. Bu haqda Gencexeber.az-a 29 sentyabr tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin Elşən İsgəndərov küçəsində aparılıb. Əraziyə canlı qüvvə və texnika cəlb olunub. Avtomobil yoluna yeni asfalt örtüyü çəkilib.
Qeyd edək ki, şəhər ərazisində bir sıra küçə və prospektlərdə artıq yol infrastrukturu yaradılıb.