22.5 C
Gence
22.5 C
Gence

Zəfər Məmmədov Kamerunda 100 nəfərlik iftar süfrəsi açıb

Gəncəli iş adamı Afrikada iftar verib. Bu haqda iş adamına istinadən məlumat veririk.

Xeyriyyə aksiyası “Zaferoğlu İnshaat” şirkətinin sahibi olan Zəfər Məmmədov tərəfindən həyata keçirilib. İş adamı Kamerunda uşaqlar üçün iftar süfrəsi açıb. Təşəbbüs 100 nəfər üçün nəzərdə tutulub.

Zəfər Məmmədov qeyd edib ki, bu, cari Ramazan ayı ərzində verdikləri ilk iftar süfrəsidir.

Qeyd edək ki, Zəfər Məmmədov 30 may 1982-ci ildə Gəncədə anadan olub. O, 2010-cu ildə “Zaferoğlu İnshaat” şirkətini yaradıb və həmin vaxtdan oranın rəhbəridir.

Məmmədov, həmçinin 2021-ci ildən “Gəncə İş Adamları İctimai Birliyi”nin sədri və Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, “Kəpəz” Futbol Klubunun İdarə Heyətinin üzvü və “Mediasiya şurası”nın Müşahidə Şurasının üzvüdür.

Ən Çox Oxunan