Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə tüstülənməyə səbəb olan soba və yanacaq maddəsi rəsmi qurumlar tərəfindən təmin olunub.
Modern.аz xəbər verir ki, bunu kənd icra nümayəndəsi Ələsgər Vəliyev bildirib.
“Külək tüstünü içəri vuranda dərhal hadisədən xəbərdar olunaraq şagird və müəllimləri təxliyə etməyə başlayıblar. Zəhərlənənlər arasında müəllim, direktor müavini və məktəbin texniki işçisi də olub. Əlaqəli dövlət orqanlarının əməkdaşları hələ də xəstəxanadadır. Ümumi olaraq 61 nəfər xəstəxanaya gətirilmişdi. Artıq 40-50 nəfər evə buraxılıb", - o qeyd edib.
14:45
27 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Gencexeber.az-ın sorğusuna cavab olaraq bildirilib.
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında zəhərlənmə şübhəsilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.
Son məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb”.
Nəzrin Vahid
13:37
Tovuzda zəhərlənən məktəblilər Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Gencexeber.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə çağırış daxil olub:
“Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir”.
Nəzrin Vahid