Göygöl rayonunun dağ kəndlərinə qar yağır.
Gencexeber.az bildirir ki, rayonun Sarısu kəndində təxminən 10sm-dən artıq, Tülallar kəndinə isə 5 sm-dək qar yağıb.
Kəndlərlə rayon mərkəzini birləşdirən avtomobil yolları açıqdır. Həmçinin işıq, su və qazın verilişində hər hansı problem yaranmayıb.