Toppuş bacı dəfn olunub. Bu haqda Gencexeber.az 23 yanvar tarixində məlumat verir.
Ötən gün səhər saatlarında uzun sürən xəstəlikdən vəfat edən Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi keçirilib. Heydər məscidində keçirilən mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.
Sonra mərhumun nəşi “Qurd qapısı" qəbiristanlığına aparılaraq orada dəfn olunub.
Qeyd edək ki, 49 yaşında vəfat edən Tünzalə Əliyevanın bacısı Təranə Əliyevanın sözlərinə görə, qızı aktrisanın öldüyünü bilmir: “Yayılan video köhnədir, çünki uşağın xəbəri yoxdur. Həmişə deyirdi ki, “Tünüş ölsə, mən də ölərəm. Ona görə qorxudan nəsə deyə bilmirik”.
Həmçinin o qeyd edib ki, aktrisanın atasının səhhəti yaxşı olmadığı üçün yas mərasimində iştirak edə bilmir: “Atamın təzyiqi düşdü, yaxşı deyil. Bircə onunla təskinlik tapıram ki, Tünzalənin üzünü açanda gülürdü”.
Xatırladaq ki, “Toppuş bacı” kimi tanınan aktrisa uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi. Onun 6 yaşlı qızı qalıb.
[modula id="31525"]