Misli Premyer Liqasında çıxış edən komandamız 34-cü turda heç-heçə etdi. Bu haqda 13 may tarixində xəbər veririk.
“Zirə” doğma meydanda “Kəpəz”i qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Yeqor Xvalkonun qolu ilə önə keçən Nizami yurdunun təmsilçiləri oyunun ikinci yarısında qapısında bir qol görüb.
Oyun Zirə İdman Kompleksinin stadionunda baş tutub.