25.4 C
Gence
18.5 C
Ganja

Gəncə: küçədə işıqlandırma sistemi olsa da, vəziyyət dəyişməyib

Gəncədə işıqlandırma sistemi ilə təmin edilən ərazi qaranlıq olaraq qalır. Bu haqda fevralın 8-i Gencexeber.az-a məlumat daxil olub.

Nəzakət Məmmədova küçəsində (Xan arxı”nın yaxınlığı) yeni işıqlandırma sistemi quraşdırılıb. Çətinlik küçənin axşam saatlarıda hələ də qaranlıq olmasıdır.

Sakinlərin sözlərinə görə, işıqlandırma sistemi quraşdırıldıqdan sonra cəmi bir gün işləyib. Gecələr küçə zülmət qaranlığa qərq olur.

Xatırladaq ki, oxşar vəziyyət Həsən Əliyev küçəsində müşahidə edilirdi. Bir müddət sonra problem aradan qaldırılmışdır.