Gəncədə keçiriləcək buraxılış imtahanlarının vaxtı məlum olub. Bu haqda 6 fevral tarixində Dövlət İmtahan Mərkəzinin saytında məlumat dərc edilib.
Gəncədə yerləşən məktəblərin 11-ci və 9-cu sinif şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Belə ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 5 və 12 mart tarixlərində keçiriləcək. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə isə şagirdlərin bilikləri 9 aprel və 16 aprel tarixlərində yoxlanılacaq.
Qeyd edək ki, İmtahan gününə 2 həftə qalmış hissələr üzrə məktəblərin siyahısı cədvələ əlavə olunacaq. Buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.