top
Əziz gəncəlilər, Novruz bayramınız mübarək!
20 mart 2023, 00:09
- +

Əziz gəncəlilər, Novruz bayramınız mübarək!

Novruz bayramının qeyd edilməsi qışın qurtarmasına və baharın gəlişinə həsr olunur. Alimlər bu bayramın tarixini Zərdüştlük dövrünə aid edirlər. Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında bu bayrama hələ qədimdən xüsusi önəm verildiyi göstərilir. Əsərdə Nüşabənin İsgəndəri məhz Novruz bayramında qonaq çağırması və tonqal ətrafında ona müxtəlif cür Novruz adət-ənənəsini özündə əks etdirən nemətləri təqdim etməsi təsvir olunub.

XX əsrdə Gəncədə Novruzun necə qeyd olunmasını publisist Mirzə Abbas Abbaszadənin 1920-ci ilin martında “Azərbaycan” qəzetində dərc olunmuş “Novruz bayramı” məqaləsindən öyrənmək olar.

O dövrün ənənələrinə görə, Novruz bayramı üçün kasıbdan tutmuş varlıya qədər, hamı özünə paltar tikdirib, bayramda təzə paltarlı olmağa çalışardı. Kişilər qırmızı, yerli toxunma parçalardan ipək şalvar geyinib, bağını taxıb bazara çıxırmışlar. Şalvarları gecələr quyunun ağzından içəri asarlarmış ki, geyəndə gəzdikcə xışıldasın. Evlərdə gəlinlər qırmızı, analar yaşıl paltar geyinərlərmiş. Gün batan kimi şadlıqlar başlayar, məhəllələrdə tonqallar qalanardı.

Abbaszadə öz məqaləsində Novruz günlərində Gəncənin Şah Abbas meydanında igid gənclərin yarışmasından da söhbət açır. Bir-biri ilə qoçaqlıqda bəhsə girən atlı cavanlar meydanın hər iki ucundan sürətlə çaparaq gələr və atlarını sinə-sinəyə vuruşdurarlarmış. Zurnanın səsindən, tamaşaçıların səs-küyündən qızışmış atlar, atoynadanlar dura bilməzdilər. Yavaş-yavaş cıdır qızışdıqca, adamların arasından kəhər at, boz at, kürən atların belində Dəli Məhəmməd, Boz Alı, Mocu kimi neçə igid çıxırdı.

Abbaszadə mövzunu bu sözlərlə bitirir: “Əlbəttə, sonu qan və ölümlə nəticələnə bilən bu səhnələrin birmənalı qarşılanmayacağı mümkündür. Lakin gəlin bir anlıq düşünək: əgər cavan bir gəncəli, azərbaycanlı oğlan bayram günündə igidlik göstərərək ad qazanmaq, lap elə öz nişanlısının xoşuna gəlmək üçün ölüm riskindən belə çəkinmirsə, hərb meydanında onun qarşısında kim duruş gətirə bilər?...Düşmən məhz belə gənclərimizin səs-sorağını duyunca, gizlənməyə dəlmə-deşik axtarar.”

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər