top
Dostunu bıçaqladı, məhkəmə zalından azadlığa buraxıldı
05 may 2026, 13:18
- ↺ +

Dostunu bıçaqladı, məhkəmə zalından azadlığa buraxıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən yetkinlik yaşına çatmayan Elsevər Quliyevin (ad şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Pravda.аz xəbər verir ki, hadisə 2025-ci ildə Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşən parkda baş verib.

İttihama görə, E.Quliyev tanışı, zərərçəkmiş Musa Kərimovla (soyadı şərtidir) söhbət edərkən aralarında yaranmış mübahisə zəminində üzərində gəzdirdiyi turist bıçağı ilə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə endirib. Nəticədə Musa Kərimov sol əlindən xəsarəti alıb ki, bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirilib. Bununla yanaşı, Musa Kərimov döş qəfəsindən də deşilmiş-kəsilmiş yara alıb. Ekspertiza rəyinə əsasən, bu xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla yanaşı, insan həyatı üçün təhlükəli ağır zərər kimi qiymətləndirilib.

Məhkəmə baxışı zamanı Elsevər əməlini qismən etiraf edib.

O, ifadəsində deyib ki, zərərçəkmiş Musa onun yaxın dostudur və hadisə zarafat zamanı baş verib. Onun sözlərinə görə, bıçaq təsadüfən zərərçəkmiş şəxsin böyür nahiyəsinə dəyib.

Təqsirləndirilən şəxs hadisə zamanı özü xəsarət almadığını, zərərçəkmiş şəxslə aralarında əvvəllər hər hansı düşmənçilik olmadığını və təxminən 4 ilə yaxındır dost olduqlarını vurğulayıb.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və Elsevər Quliyev dərhal məhkəmə iclas zalında həbsdən azad olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Bu gün, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Bu gün, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Oxşar xəbərlər