top
Kərbəlayinin anadan olmasından 116 il ötür
05 may 2026, 11:12
- ↺ +

"Kərbəlayi"nin anadan olmasından 116 il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Zaqafqaziyanın ilk SSRİ Xalq artistinin doğum günüdür.

Gencexeber.az məlumat verir ki, Adil Rzabəy oğlu İsgəndərov 5 may 1910-cu ildə Gəncədə bəy ailəsində dünyaya gəlib. Soyadları İsgəndərbəyli olub. Daha sonra Sovet hökumətinin təzyiqləri ilə qarşılaşmamaq üçün Rzabəy soyadını dəyişib. Adilin 6 yaşı olanda atası rəhmətə gedib.

O, 10 yaşından Gəncədəki pioner evində özfəaliyyət dərnəyinə qoşulub. 13 yaşında "Qaçaq Kərəm" tamaşasını qurub və Kərəm obrazını oynayıb. 1928-1931-ci illərdə Bakı Teatr Texnikumunda aldığı təhsildən sonra Adil İsgəndərov A.Lunaçarski adına Moskva Teatr Sənəti İnstitutunda oxuyub. Moskva Bədaye və Vaxtanqov teatrlarında təcrübə keçib.

1936-cı ildə Akademik Milli Teatra baş rejissor təyin edilib. Onun dövründə "Azdrama"ya hamı "İsgəndərovun teatrı" deyib.

İlk rejissorluq işinə "Polad qartal" tamaşasından başlayan İsgəndərov milli teatrın səhnəsində "Həyat", "Vaqif", "Xanlar", "Fərhad və Şirin", "Aydın", "Şərqin səhəri", "Otello", "Cavanşir" kimi tamaşalara həyat verib.

1966-cı ilə qədər Adil İsgəndərov kinoda aktyor kimi iştirak edib. İlk dəfə Hüseyn Seyidzadə ona "O olmasın, bu olsun" filmində qoçu rolunu verir. O, bazarda Qoçu Əsgərlə atışan qoçu obrazını canlandırır. 1966-cı ildən başlayaraq "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etməyə başlayır. "Əhməd haradadır?" filminin quruluşçu rejissoru olur.

İsgəndərov Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Xalq artisti, Zaqafqaziyanın ilk SSRİ Xalq artisti adlarına layiq görülüb.

Adil İsgəndərov 18 sentyabr 1978-ci ildə Bakıda vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Bu gün, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Bu gün, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Oxşar xəbərlər