Gəncə Regional Turizm İdarəsi tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən yerləşmə müəssisələrində monitorinqlər həyata keçirilib
Gencexeber.az bildirir ki, monitorinqlər zamanı hotellərə yerində baxış keçirilib, onların fəaliyyətinin mövcud vəziyyəti, qonaqlar üçün yaradılmış şərait, aparılmış yenilənmə və təmir işləri, həmçinin təqdim olunan xidmət növləri ilə bağlı məlumatlar toplanılıb.
Eyni zamanda, xidmət keyfiyyətinin və ümumi fəaliyyətin təkmilləşdirilməsi məqsədilə müəssisə nümayəndələrinə tövsiyə xarakterli məsləhətlər verilib.