top
XII əsrdə yaşayıb-yaradan gəncəli şair və dilçi alim: Ömər Gənci
23 mart 2023, 16:00
- +

XII əsrdə yaşayıb-yaradan gəncəli şair və dilçi alim: Ömər Gənci

Dilçi alim və şair Ömər Gənci kimi tanınan Əbu Həfs Ömər ibn Osman ibn Şüeyb əl-Gənci 1085-ci ildə Gəncədə anadan olub. Bir çox tədqiqatçılar ehtimal edir ki, o, şair Nizami Gəncəvinin dayısı olub.

Alim ilk təhsilini Gəncədə alıb. Sonra Ömər Gənci İranın Nişapur, Həmədan və Türkmənistanın Mərv kimi şəhərlərində olub, elm öyrənib. Alim, həmçinin Bağdadın (İraq) “Nizamiyyə” mədrəsəsində təhsilini davam etdirib. O, Bağdadda İslam alimi Əbulmüzəffər əl-Əbivərdi ilə dostlaşaraq ondan dərs alıb.

Ömər Gənci bir müddətlik Gəncəyə gəlsə də, yenidən Bağdada qayıdıb.

Ömər Gəncinin, həmçinin müəllimlik fəaliyyəti olub. O, Nişapurda vəzir Fəxrülmülkün övladlarının müəllimi idi.

“Kitab əl-Ənsab” əsərinin müəllifi əs-Səmani Ömər Gənci haqqında yazıb: “Ömər əl-Gənci iti ağlı ilə seçilir. Allah qarşısında çox mömin idi. Bir çox əsərlər yazmış, özünün şərhini diktə etməyə (başqasına eşitdirib yazdırmaq üçün ucadan söyləmək) başlamışdı, əgər bunu tamamlasaydı, misli olmazdı. O, məni tərənnüm etmişdi”.

Ədəbiyyatda Ömər Gəncinin 26 beyti bəllidir. Onun əldə olan şeirlərindən məlum olur ki, o, Gəncənin həsrəti ilə yaşayıb:

Ətirli meh əsdikcə səhər dost diyarından,

Qəlbim yarpaq tək əsir, tapmır bir zərrə aram”.

Azərbaycan alimi, filologiya üzrə elmlər doktoru Xəlil Yusifli Ömər Gənci haqqıda çıxışında bunu belə izah edib: “Ömər Gəncinin çəkdiyi Vətən həsrəti onun şeirlərində də əks olunub: “Sürüb dəvələrini mənim yurduma, yəni Gəncəyə getsən, mənim dostlarıma məndən salam yetir”.

Ömər Gənci 1155-ci ildə Mərv şəhərində vəfat edib. Gəncənin Hacıkənd qəsəbəsində, “Nizami Gəncəvi: sələflər və xələflər” parkında şairə heykəl ucaldılıb.

 

Mənbələr: 


  1. Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008.

  2. Əhməd İsayev. Azərbaycan.-2012.- 25 sentyabr.- S.6.

  3. Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı-2015.

  4. http://kapaz.ganja-ih.gov.az/news/293.html

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər