top
Qazaxlıların Gəncədə inşa etdiyi məscid
12 yanvar 2025, 20:00
- +

Qazaxlıların Gəncədə inşa etdiyi məscid

 

1801-1802-ci illərdə Qazax mahalı Rusiyanın tərkibinə daxil olduqdan sonra Gəncə hökmdarı Cavad xan bir çox qazaxlı ailələrin Gəncədə məskunlaşmasına kömək edib. Daha sonra onlar burada məhəllə salıb, 1886-cı ildə isə məscid ucaldıblar. Məscidin tikintisində məhəllə ağsaqqalları Məşədi Zeynalabdin oğlu, Qəhrəman Məhərrəm oğlu və başqaları iştirak ediblər.

Gencexeber.az məlumat verir ki, ibadət evinin həyətində iki qəbir yerləşir. Məscidin həyətində dəfn edilən şəxsin biri Məşədi Allahverdi Kərbəlaı Rüstəm oğludur. O, ermənilər yaşayan məhəllədə baş verən atışma nəticəsində həlak olub. Məşədi Allahverdinin Qazaxlar məhəlləsində malik olduğu nüfuza görə, onu məscidin həyətində dəfn ediblər. Məşədi Allahverdinin ibadətgahın inşasında da rolu olduğu qeyd edilir.

İkinci məzar isə Paşa adlı şəxsin qəbridir. Ermənilər ona şər ataraq, rus hərbiçilərinə Paşanın rus əsgərini öldürdüyünü deyiblər. Bu yalana inan ruslar Paşanı güllələyiblər. Paşa kimsəsiz olduğundan, məhəllə sakinləri yığışıb, onu məscidin həyətində dəfn ediblər.

Məscid qırmızı kərpicdən tikilib və düzbucaqlı formadadır. İbadət evi xalı ilə döşənib. Əsas giriş qapısının ön tərəfində baştağ yerləşir. Baştağdan sağ və sol tərəfdə iki otaq, içəridə isə ibadət zalı var. Məsciddə qadınların ibadət etməsi üçün yer ayrılıb. İbadət zalında doqquz tağvari pəncərə qoyulub. İbadətgahda dini kitablar oxumaq üçün kitabxana təşkil edilib. Məscidin günbəzinin fasad hissəsi ağ dəmir təbəqə ilə işlənib. Həyətyanı sahədə yardımçı otaqlar yerləşib.

Məscidin mehrabı əsas giriş qapısı ilə üzbəüzdür və tağvari formadadır. Onun alt hissəsində “YA FATİMƏ” sözləri yazılıb. Minbər taxtadandır və altıpilləlidir.

Sovet dövründə məsciddən anbar, məktəb və digər məqsədlər üçün istifadə edilib.

1991-ci ildən bu günə qədər məscid fəaliyyət göstərir. 2018-ci ildə məsciddə əsaslı təmir işləri aparılıb.

Qazaxlar məscidi Gəncənin Qazaxlar məhəlləsində, Təbriz küçəsi 327-də yerləşir.

Cavid Şəmiyev

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Bütün xəbərlər
19 sentyabr 2026, 11:16

Borc söhbəti bıçaqlı davaya çevrildi – 2 il 3 ay həbs cəzası

Bütün xəbərlər
19 sentyabr 2026, 00:00

Antiterror əməliyyatlarından üç il ötür

Bütün xəbərlər
18 sentyabr 2026, 20:36

Azər Məmmədov: "Çox istərdim ki, "Kəpəz" kubokun finalında olsun"

Bütün xəbərlər
18 sentyabr 2026, 18:00

Bu rayonlarda heyvan bazarları fəaliyyətə BAŞLADI

Oxşar xəbərlər