top
Ozan məhəlləsinin tarixindən silinməyən faciəvi hadisələr
13 iyul 2023, 16:00
- ↺ +

Ozan məhəlləsinin tarixindən silinməyən faciəvi hadisələr

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

25 may 1920-ci il tarixində Gəncədə sovet rejiminə qarşı üsyan başladı. Üsyan zamanı və o yatırıldıqdan sonra bolşeviklər dinc əhalini cəzalandırmağa başlayırlar. Bu qanlı hadisələri törətməkdə sovet ordu hissələri ilə bərabər, Gəncədə yaşayan ermənilər də iştirak edirdilər. Şəhərin bir çox məhəllələri top atəşinə tutulur, insanlar qətlə yetirilirdi. Belə yerlərdən biri Gəncənin ən böyük və ən qədim məhəllələrindən biri Ozan məhəlləsi idi.

Üsyanın şahidlərindən biri, təyyarəçi Məhəmməd Altunbay “Azadlığa uçan türk” adlı kitabında bu məhəllədə baş verənlər haqqında danışıb. Altunbay yazıb: “Birdən müdhiş çığırtılar qopdu, anaların fəryadı bütün Gəncəni sarsıtdı…Başımızı geriyə çevirəndə dəhşətdən donub qaldıq. Gözlərimizə inanmadıq. Erməni, rusmu olduqlarını anlaya bilmədiyimiz iki əsgərin, havaya qaldırdıqları süngülərin ucunda iki balaca cocuq çırpınırdı. Gözu qızmış o əsgərlərin süngü tutan əllərindən yerə qan sızırdı…”.

Gəncəli təyyarəçi, həmçinin məhəllə məscidində baş verənlərdən yazıb: “Ən böyük faciə Ozan məscidindəydi...Açıq qalan qapı önündən keçərkən duyduğumuz dəhşətdən qanımız dondu. Məscidin ortasında yüzlərlə insanın yanğından qıvrılıb qalan cəsədi qorxunc bir mənzərə yaratmışdı...Diri-diri yandırılan məsum insanların qanı və yağı kömürləşən qapının altından çölə axırdı. Cəsədlər arasında necə olubsa, yanmayan, fəqət qaralıb qalan əllər, əl və ayaq parçaları, saç hörükləri faciənin böyük dəhşətini daha da artırırdı...Küçənin o biri başında beş-altı erməni akkardion çalırdı.”

Ozan məscidində silahsız qadın, uşaq və qocalar ermənilər tərəfindən diri-diri yandırılmışdı.1920-ci ildə məscidin axundu olan Məşədi Hüseynin nəvəsi Hüseyn bu olanları atasından eşitdiyini və hadisələrin doğruluğunu təsdiq edir. Deyilənə görə, Məşədi Hüseyn isə qəlpə yarasından vəfat edib.

Mənbələr:


  1. Əhməd İsayev. Gəncə üsyanı. Bakı-1997.

  2. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri. Gəncə-2018.

  3. Namlet Allahverdiyev. Gəncə məhəllələri. Bakı-2020.

  4. Foto: Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri. Gəncə-2018.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:04

Gəncədə qoyun, inək, camış və keçilərin sayı AÇIQLANDI

Bütün xəbərlər
Bu gün, 09:55

Ərinin pulsuzluğundan gileylənən qadın vəhşicəsinə DÖYÜLDÜ

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə sahibsiz itlər problemi ARTIR

Bütün xəbərlər
Dünən, 18:00

"Arzulayıram ki, mən arvadımdan əvvəl ölüm" - Rəşid Mahmudov

Bütün xəbərlər
Dünən, 17:28

Qəzada xəsarət alan kişini xilas etmək mümkün olmadı

Bütün xəbərlər
Dünən, 16:58

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Bütün xəbərlər
Dünən, 15:59

Gəncədə sabah hava yağmursuz keçəcək

Bütün xəbərlər
Dünən, 15:31

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:28

Təqaüdçünün evinə basqın edib sayğacı qoparan həbs olundu

Bütün xəbərlər
Dünən, 13:57

Alen Simonyan Gəncəyə gəlir?

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə ötən il məzunların 38,5 faizi universitetlərə qəbul olunub

Bütün xəbərlər
Dünən, 12:49

Aliment ödəməyən daha bir anaya elektron qolbaq TAXILDI

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə internatda uşaqlar soyuqdan donur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:37

Gəncə yaxınlığında bu yol məhv edilib

Bütün xəbərlər
Dünən, 09:36

Gəncə batalyonundan Milli Qəhrəmana - əfsanənin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:14

Evdə qaz partladı, ana və övladı yanıq xəsarətləri aldı

Bütün xəbərlər
25 noyabr 2026, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
25 noyabr 2026, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
25 noyabr 2026, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
25 noyabr 2026, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
25 noyabr 2026, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
25 noyabr 2026, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
25 noyabr 2026, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Bütün xəbərlər
25 noyabr 2026, 11:26

Gəncədə "BakuBus" 76 yaşlı qadını vurdu

Oxşar xəbərlər