top
Göygöl kurqanları: Tarixin sükutla danışan abidələri - FOTO
12 may 2025, 11:55
- +

Göygöl kurqanları: Tarixin sükutla danışan abidələri - FOTO

 

Əsrarəngiz təbiəti ilə seçilən Göygöl rayonu təkcə füsunkar mənzərələri ilə deyil, həm də minilliklərə dayanan qədim tarixi və zəngin mədəniyyət abidələri ilə xüsusi yer tutur.

Gencexeber.az məlumat verir ki, bu bölgə Azərbaycanın ərazisində kurqan tipli arxeoloji abidələrin ən çox qeydə alındığı ərazilərdən biri kimi tanınır.

Rayonun ərazisində, xüsusilə Gəncəçayın hər iki sahilində yerləşən düzənliklərdə yüzlərlə kurqan müəyyən edilib. Bu kurqanların bir hissəsi hələ XIX əsrin sonları və XX əsrin əvvəllərində bölgədə məskunlaşmış alman əsilli tədqiqatçılar tərəfindən araşdırılıb. Kurqanlar əsasən Tunc və Erkən Dəmir dövrlərinə — e.ə. II minillikdən I minilliyin əvvəllərinə qədərki dövrə aiddir. Onlar qədim sakinlərin dəfn adətləri, sosial strukturu və mədəni səviyyəsi barədə dəyərli məlumatlar təqdim edir.

Arxeoloji qazıntılar zamanı tapılmış gil qablar, tuncdan hazırlanmış silah və bəzək əşyaları, əmək alətləri və insan qalıqları Göygölün qədim dövrdə Qafqaz və Ön Asiyada formalaşan mədəniyyətlərlə sıx əlaqədə olduğunu göstərir. Mütəxəssislər bu kurqanların Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətləri ilə bağlılığını da istisna etmirlər.

Kurqanlar təkcə arxeoloji deyil, həm də etnoqrafik baxımdan əhəmiyyətlidir. Onlar Azərbaycan ərazisində yaşamış köçəri və yarımköçəri tayfaların izlərini də özündə daşıyır. Bu baxımdan kurqanların tədqiqi ölkəmizin qədim tarixinin daha dərindən öyrənilməsinə mühüm töhfə verir.

Qeyd edək ki, “kurqan” sözü qədim Türk dillərində Orta Asiyada dövlət idarəçiləri üçün inşa edilən məzarları ifadə edir. Bu abidələr əsasən taxta və daşla qurulmuş məzar otaqlarının üstünə torpaq tökülərək yaradılırdı. Kurqanlar müxtəlif formalı — düzbucaqlı, kvadrat və ya oval məzar kameralarına malik olurdu.

Göygöldəki bu sükutlu abidələr tariximizin dərin qatlarını işıqlandıran unikal irs nümunələridir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər