top
Azərbaycanda elektron resept və dərmanların izlənməsi sistemi tətbiq olunur - Teymur Musayev
04 may 2026, 12:18
- ↺ +

Azərbaycanda elektron resept və dərmanların izlənməsi sistemi tətbiq olunur - Teymur Musayev

Əczaçılıq sektorunun rəqəmsallaşması tədbirləri çərçivəsində Elektron resept platforması istifadəyə verilib. Paralel olaraq, mərhələli şəkildə Təqib və İzləmə Sisteminin tətbiqinə başlanılıb.

Trend.аz xəbər verir ki, bu fikirləri Səhiyyə Naziri Teymur Musayev "Azərbaycan Əczaçılıq Sənayesi: Dünən, Bu Gün və Sabah" II Beynəlxalq Konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, ilkin mərhələdə psixotrop və güclü təsir edən dərman vasitələrinin izlənilməsi həyata keçirilib. Qısa müddət ərzində ölkə üzrə tibb müəssisələri, topdan və pərakəndə satış əczaçılıq müəssisələri Sistemə inteqrasiya olunaraq koordinasiyalı fəaliyyət təmin edilib:

"Sistemin başlıca vəzifəsi əhalinin sağlamlığının qorunması olmaqla yanaşı, nəzarət orqanları üçün effektiv nəzarət mexanizmi rolunu oynayır, sahibkarlar üçün biznes proseslərini asanlaşdırır, bununla da səhiyyə sistemində səmərəliliyi əhəmiyyətli dərəcədə artırır. Əczaçılıq sektorunda baş verən ardıcıl və sistemli islahat tədbirləri əczaçılıq təhsilinin təkmilləşdirilməsini, təhsil proqramlarının müasir çağırışlara uyğunlaşdırılmasını zəruri edir.

Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Əczaçılıq təhsilinin İnkişaf Konsepsiyasına uyğun olaraq, Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsi əczaçılıq sahəsində respublikada aparıcı elmi tədqiqat mərkəzinə çevrilib. Elmi tədqiqat işlərinin aparılması məqsədilə "Əczaçılıq kimyası" kafedrasının nəzdində Azərbaycan Elm Fondunun dəstəyi ilə müasir əczaçılıq laboratoriyası qurulub. Əczaçılıq fakültəsi tələbələrinin tədris istehsalat təcrübəsinin keçirilməsi üçün respublikada fəaliyyət göstərən əczaçılıq müəssisələri tədris təcrübə bazaları kimi istifadə olunur".

T.Musayev bildirib ki, ötən il Azərbaycan Tibb Universiteti, "Scandens", Macarıstanın Peç Universiteti və "Panon Pharma" şirkəti arasında imzalanmış dördtərəfli Memorandum çərçivəsində əczaçı və qeyri-əczaçı ixtisasları üzrə qısa və uzunmüddətli təlim və təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulur:

"Əczaçılıq sektorunda aparılan çoxşaxəli islahat tədbirləri nəticəsində əhalinin keyfiyyətli və təhlükəsiz dərman vasitələrinə əlçatanlığı təmin edilmiş, gündəlik həyat keyfiyyəti yüksəlmişdir. Təbii ki, sektorda baş verən qlobal çağırışlar, texnoloji nailiyyətlər, istehsal və investisiya imkanlarındakı strateji dəyişikliklər bizləri birgə tərəfdaşlıqların qurulmasına daha da ruhlandırır.

Əminliklə bildirmək istərdim ki, əczaçılıq sənayesinin bugünkü inkişaf dinamikası ilə irəliləməsi ölkədə dərman təminatının yaxşılaşması ilə yanaşı, əhalinin rifahına, ümumilikdə, Azərbaycanın parlaq və inamlı sabahına xidmət edir".

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
05 oktyabr 2026, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
05 oktyabr 2026, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
05 oktyabr 2026, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Oxşar xəbərlər