top
Gəncəli yazıçı və dramaturq Altay Məmmədov
16 dekabr 2021, 13:00
- ↺ +

Gəncəli yazıçı və dramaturq Altay Məmmədov

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Altay Məmmədov 15 may 1930-cu ildə Gəncə şəhərində anadan olub.

O, Gəncədə orta məktəbi bitirib, 1943-1949-cu illərdə saatsaz şagirdi və usta peşələrində işləyib. Daha sonra Altay H.Zərdabi adına Pedaqoji İnstitutun dil-ədəbiyyat fakültəsini bitirib. O, burada sonralar Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində çalışıb.

Altay Məmmədov ədəbi fəaliyyətə 1950-ci ildə "Ədəbiyyat qəzeti"-ndə çap edilən "Fəhləlikdən alimliyə" oçerki ilə başlayıb. O, 1951-1955-ci illərdə "Kirovabad fəhləsi" və "Gəncə kommunisti" qəzetləri redaksiyalarında müxtəlif vəzifələr tutub.

Məmmədov 1959-cu ildən altı dəfə şəhər Xalq Deputatları Sovetinə deputat seçilmişdir. Daha sonra isə Azərbaycan Yazıçılar İttifaqının idarə heyətinin üzvü olmuşdur.

Altay Məmmədovun, həmçinin dramaturgiya sahəsində fəaliyyəti olmuşdur. 1960-cı ildə müəllifin "Həmyerlilər" əsəri indiki Gəncə Dövlət Dram teatrında, Dağıstan Kumık teatrında və Sumqayıt, Ağdam, Mingəçevir teatr səhnələrində tamaşaya qoyulmuşdur. Digər pyesləri Rusiya, Tacikistan, Bolqarıstan və Vyetnamda da səhnələndirilmişdir.

1962-1989-cu illərdə Altay Məmmədov Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsinin sədri və Gəncə Zona şöbəsinin məsul katibi vəzifələrində çalışmışdır.

Altay Məmmədov, professor Mir Cəlal Paşayevin rəhbərliyi ilə "C.Cabbarlının 1905-ci ildə dramı" mövzusunda yazdığı dissertasiyaya görə 1964-cü ildə Filologiya elmlər namizədi alimlik dərəcəsi almış, 1965-ci ildə dosent dərəcəsinə yüksəlmişdir. 1971-ci ildə Altay Məmmədova "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilmişdir.

Yazıçının "On birinci açar", "Narınc", "Məhəbbət və gülüş", "Gülab nəfəsli", "Yadigar bulaq", "Ulduzlar görüşəndə" kimi hekayələri var. Altay Məmmədovun 20-dən çox kitabı nəşr edilmiş və əsərləri bir çox dillərə tərcümə edilmişdir. 1973-1974-cü illərdə "Mahnı" adlı povesti Şri-Lankada kitab halında iki dəfə çap edilmişdir. Müəllifin 3 pyesi isə Moskvada nəşr edilmişdir.

O, Azərbaycan xalqının tarixi və etnogenezini araşdırmış, "Oğuz səltənəti" və "Kəngərlər" kimi tədqiqat əsərlərini yazmışdır.

Altay Məmmədov 15 iyul 2003-cü ildə Gəncədə vəfat edib.

 

Mənbələr:


  1. Gəncənin xan çinarı - Altay Məmmədov. Bakı-2020.

  2. http://www.anl.az/down/meqale/ses/2015/may/437762.htm

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Qubadlı şəhəri 6 ildir azaddır

Bütün xəbərlər
Bu gün, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Bütün xəbərlər
Dünən, 16:14

Gəncədə qadından 40 min aldılar, evini tikmədilər – İDDİA

Bütün xəbərlər
Dünən, 13:07

Azərbaycana 9 ayda 64,6 milyon dollarlıq çay idxal olunub

Bütün xəbərlər
Dünən, 12:37

Gəncədə sənaye müəssisələrin sayı 8,6 faiz azalıb

Bütün xəbərlər
Dünən, 11:26

Gədəbəyli dostunu evində işlətdi, pulunu vermədi - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 10:35

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Bütün xəbərlər
Dünən, 09:54

Gəncədə 4 ildir çirkabın küçəyə axdığı həyət var

Bütün xəbərlər
Dünən, 09:08

Gəncənin unudulmayan qəhrəmanı – İlqar Əhmədov…

Bütün xəbərlər
Dünən, 00:00

24 oktyabr 2020-ci il: Vətən müharibəsinin 28-ci günü

Bütün xəbərlər
23 oktyabr 2026, 16:42

Gəncədə sənaye işçiləri ölkə ortalamasından 41% daha az maaş alır

Bütün xəbərlər
23 oktyabr 2026, 16:36

Gəncədə 3 avtomobil və təcili yardım maşını toqquşub

Bütün xəbərlər
23 oktyabr 2026, 15:06

Gəncə Dövlət Kukla Teatrı Almatıda festivala qatılıb

Bütün xəbərlər
23 oktyabr 2026, 13:12

Gəncədə hindistanlı tələbələrin RƏQS ŞOUSU

Bütün xəbərlər
23 oktyabr 2026, 12:44

Gəncədə daha bir yerdə ÖDƏNİŞSİZ dərslər keçiriləcək

Bütün xəbərlər
23 oktyabr 2026, 10:45

Böyük danquşu Gəncədə məktəbliləri təəccübləndirdi

Bütün xəbərlər
23 oktyabr 2026, 09:43

Gəncədə tanınmış həkim-radioloq vəfat etdi

Bütün xəbərlər
23 oktyabr 2026, 09:05

Yüksək sürətli magistralın bir hissəsi AYLARDIR yararsız haldadır

Bütün xəbərlər
23 oktyabr 2026, 00:01

23 oktyabr 2020-ci il: Vətən müharibəsinin 27-ci günü

Bütün xəbərlər
22 oktyabr 2026, 18:00

Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur - Emin Əmrullayev

Bütün xəbərlər
22 oktyabr 2026, 17:19

Maya dəyəri azalan yumurtanın qiyməti artır

Bütün xəbərlər
22 oktyabr 2026, 15:39

Gəncənin ən qədim yerlərindən biri – Ozan məhəlləsi

Bütün xəbərlər
22 oktyabr 2026, 14:43

XVII əsrə aid Şah Abbas məscidi məhv olmaq üzrədir…

Bütün xəbərlər
22 oktyabr 2026, 14:00

Gəncədə qazinin qətlinin TƏFƏRRÜATI

Oxşar xəbərlər