Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Gencexeber.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 25-26-da bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən və Goranboyda sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.