Mingəçevir Dövlət Universiteti "Lider-Line" MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Şirkət universitetin inzibati binasının 1-ci korpusunun cari təmiri və abadlaşdırma işlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib. Təmir və abadlıq işlərinə görə şirkətə 525 878,21 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin dövlət reyestrində yer alan məlumatlara görə, "Lider-Line" MMC 20 aprel 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət fəaliyyətə "Lider-NN" MMC adı ilə başlasa da, sonradan adı dəyişdirilib.
Mənbə: qaynarinfo.аz