top
Gəncədə Qacarlar nəslinin yadigarı: Tatlar məscidi
02 sentyabr 2021, 13:53
- +

Gəncədə Qacarlar nəslinin yadigarı: Tatlar məscidi

Hüseyniyyə (Tatlar) məscidinin binası, hal-hazırda isə Nizami Gəncəvi adına kitabxana, Gəncə şəhəri Hüseyn Cavid küçəsi 1 ünvanında yerləşir. Sovet dövründə məscid Puşkin adına kitabxana kimi fəaliyyət göstərib. Bəzi mənbələr məscidin 1825-ci ildə inşa edildiyini qeyd edir. Sadıq Şükürovun "Gəncənin tarixi abidələri" kitabında məscidin 1886-cı ildə inşa edildiyi deyilir. Bunu həmçinin məscidin mehrabında olan üç kitabədən biri göstərir.

Kitabələrin birində deyilir: "Bu məscidin yerini, öz mülkündən, torpağından şahzadə Bəhmən Mirzənin qızı Səbiyyə xanım vəqf edib. Burada yaşayan başqa saxəvət sahibləri də binanın tikintisinə xərc çəkiblər". Səbiyyə xanım İran şahzadəsi Bəhmən Mirzənin qızı olub. 1848-ci ildə isə Azərbaycana gəlib, Rus imperiyasının tabeliyini qəbul etmişdir. Vaxtilə İrandan gələn azərbaycanlıları tat adlandırıldıqları üçün bu məscidə Tatlar məscidi də deyilib.

Məscidin qərb divarında olan azərbaycan dilində yazıda bir bənd şeir var. Şeirdən məlum olur ki, məscidin mehrabının tikintisində bir neçə usta iştirak etmişdir. Ustaların tez-tez dəyişdirilməsi mehrabın əyri olmasına səbəb olmuşdur.

Mehrabın əyriliyinin düzəldilməsi haqqında digər kitabədə qeyd olunur: "Bu mübarək, müqəddəs məkan Gəncədə bina olunubdur ki, Allah evi (pul alınmayan mehmanxana) kimi qəriblərə xidmət etsin. Lakin sonralar binadan məscid kimi istifadə etmək üçün ona mehrab qondarmışlarsa da, mehrabın qibləsi düz alınmamışdır. Buna görə də, Mirzə Sadıq cənubdan-qərbə tərəf bir barmaq mayilli olan mehrabın əyrisini aradan qaldırmağa cəhd göstərmişdir".

Bu yazılar, həmçinin binanın mehmanxana kimi tikildiyini deyir. Binanın içərisində mehraba yaxın divarda nəbati ornamentlərin (gül, yarpaq kimi təbiət formaları olan naxışlar) olması və məscidin pəncərələrinin böyüklüyü də bunu sübut edir. Çünki şərqdə dini abidələri nəbati ornamentlə bəzəmək qadağan idi. Hal-hazırda ornamentlər suvağın altında qalıblar. Bina gil-əhəng qarışımından, qırmızı kərpicdən və çay daşından tikilmişdir.

[caption id="attachment_1761" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_1762" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_1763" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

Mənbələr:


  1. Sadıq Şükürov. Gəncənin tarixi abidələri. Gəncə-1998

  2. Gəncənin maddi mədəniyyət abidələri


 

Son xəbərlər

Gəncəbasar
Bu gün, 18:05

TƏBİB doğuş qalmaqalına aydınlıq gətirdi - YENİLƏNİB

Bütün xəbərlər
Bu gün, 17:43

Müəllim sirkə turşusundan zəhərlənərək vəfat edib

Bütün xəbərlər
Bu gün, 17:21

İlin ilk 6 ayında heyvan dişləməsinin SAYI

Bütün xəbərlər
Bu gün, 16:47

1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 15:45

Fermada yanğın olub

Bütün xəbərlər
Bu gün, 15:32

"Kəpəz" könüllü axtarır

Bütün xəbərlər
Bu gün, 14:41

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 14:04

Yol qəzalarında ölənlərin yarısı piyadalardır - RƏQƏMLƏR

Bütün xəbərlər
Bu gün, 13:00

Sertifikatı olmayan 143 həkim CƏZALANDIRILDI

Bütün xəbərlər
Bu gün, 12:04

Canlı yayımda söyüş söyən "tiktoker"lər SAXLANILDI

Bütün xəbərlər
Bu gün, 10:03

Təhsil idarəsi vakansiyalar elan edib

Bütün xəbərlər
Bu gün, 09:20

Açıq havada ödənişsiz milli kino seansı keçiriləcək

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə Azərbaycan dili üzrə ən yüksək nəticə göstərən məktəb

Bütün xəbərlər
Dünən, 16:52

Gəncədə sakinlər üfunətdən əziyyət çəkir: "Pəncərələri belə aça bilmirik"

Bütün xəbərlər
Dünən, 16:21

Azərbaycanda bu şəxslərin maaşı artırılacaq

Bütün xəbərlər
Dünən, 15:02

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Bütün xəbərlər
Dünən, 14:33

Goranboyda şəhid atası qəzaya düşüb

Bütün xəbərlər
Dünən, 13:57

Adı Rusiyada aeroporta verilən şəmkirli alimin doğum günüdür

Bütün xəbərlər
Dünən, 13:27

Gəncədə 40 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:57

Tranzit daşımalarda eTIR sisteminin tətbiqinə başlanıb

Bütün xəbərlər
Dünən, 11:27

İki kişinin ölümünə səbəb oldu - 7 il həbs edildi

Bütün xəbərlər
Dünən, 10:53

Gəncədə 2 və 8 nömrəli avtobuslarda kondisionerlər yenə işləmir

Bütün xəbərlər
Dünən, 10:19

Gəncədə çayxanada bıçaqlanma

Bütün xəbərlər
Dünən, 09:47

Alimlər quşların nəğməsinin sirrini tapdı

Oxşar xəbərlər