top
Gəncədə Qacarlar nəslinin yadigarı: Tatlar məscidi
02 sentyabr 2021, 13:53
- +

Gəncədə Qacarlar nəslinin yadigarı: Tatlar məscidi

Hüseyniyyə (Tatlar) məscidinin binası, hal-hazırda isə Nizami Gəncəvi adına kitabxana, Gəncə şəhəri Hüseyn Cavid küçəsi 1 ünvanında yerləşir. Sovet dövründə məscid Puşkin adına kitabxana kimi fəaliyyət göstərib. Bəzi mənbələr məscidin 1825-ci ildə inşa edildiyini qeyd edir. Sadıq Şükürovun "Gəncənin tarixi abidələri" kitabında məscidin 1886-cı ildə inşa edildiyi deyilir. Bunu həmçinin məscidin mehrabında olan üç kitabədən biri göstərir.

Kitabələrin birində deyilir: "Bu məscidin yerini, öz mülkündən, torpağından şahzadə Bəhmən Mirzənin qızı Səbiyyə xanım vəqf edib. Burada yaşayan başqa saxəvət sahibləri də binanın tikintisinə xərc çəkiblər". Səbiyyə xanım İran şahzadəsi Bəhmən Mirzənin qızı olub. 1848-ci ildə isə Azərbaycana gəlib, Rus imperiyasının tabeliyini qəbul etmişdir. Vaxtilə İrandan gələn azərbaycanlıları tat adlandırıldıqları üçün bu məscidə Tatlar məscidi də deyilib.

Məscidin qərb divarında olan azərbaycan dilində yazıda bir bənd şeir var. Şeirdən məlum olur ki, məscidin mehrabının tikintisində bir neçə usta iştirak etmişdir. Ustaların tez-tez dəyişdirilməsi mehrabın əyri olmasına səbəb olmuşdur.

Mehrabın əyriliyinin düzəldilməsi haqqında digər kitabədə qeyd olunur: "Bu mübarək, müqəddəs məkan Gəncədə bina olunubdur ki, Allah evi (pul alınmayan mehmanxana) kimi qəriblərə xidmət etsin. Lakin sonralar binadan məscid kimi istifadə etmək üçün ona mehrab qondarmışlarsa da, mehrabın qibləsi düz alınmamışdır. Buna görə də, Mirzə Sadıq cənubdan-qərbə tərəf bir barmaq mayilli olan mehrabın əyrisini aradan qaldırmağa cəhd göstərmişdir".

Bu yazılar, həmçinin binanın mehmanxana kimi tikildiyini deyir. Binanın içərisində mehraba yaxın divarda nəbati ornamentlərin (gül, yarpaq kimi təbiət formaları olan naxışlar) olması və məscidin pəncərələrinin böyüklüyü də bunu sübut edir. Çünki şərqdə dini abidələri nəbati ornamentlə bəzəmək qadağan idi. Hal-hazırda ornamentlər suvağın altında qalıblar. Bina gil-əhəng qarışımından, qırmızı kərpicdən və çay daşından tikilmişdir.

[caption id="attachment_1761" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_1762" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_1763" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

Mənbələr:


  1. Sadıq Şükürov. Gəncənin tarixi abidələri. Gəncə-1998

  2. Gəncənin maddi mədəniyyət abidələri


 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 16:04

Qadın futbolçumuz Almaniya klubuna TRANSFER OLUNDU

Bütün xəbərlər
Dünən, 15:28

Direktorlar imtahan verdi

Bütün xəbərlər
Dünən, 14:04

Qohumu ilə oğurluq edən şəxs məhkəmə zalında həbs edildi

Bütün xəbərlər
Dünən, 13:25

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:34

Gəncə mühüm yarışa ev sahibliyi edəcək

Bütün xəbərlər
Dünən, 11:49

Gəncədə mağazaları talayan dəstənin üzvləri tutuldu

Bütün xəbərlər
Dünən, 11:15

Gəncədə 22 yaşlı qız dəm qazından zəhərlənib

Bütün xəbərlər
Dünən, 10:47

BDYPİ sürcülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
23 yanvar 2026, 17:37

Kamran Əsədov Gəncədə həbs edildi

Bütün xəbərlər
23 yanvar 2026, 17:07

Keçmiş aparat rəhbəri Şəmkirdə şadlıq sarayı aldı

Bütün xəbərlər
23 yanvar 2026, 16:29

Gəncədə Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı

Bütün xəbərlər
23 yanvar 2026, 15:48

Ötən il ölkədə 90 ERKƏN NİKAHA cəhd olub

Bütün xəbərlər
23 yanvar 2026, 15:13

Gəncəli Milli Qəhrəman boşanıb

Bütün xəbərlər
23 yanvar 2026, 13:26

Sabah şaxta olacaq - PROQNOZ

Bütün xəbərlər
23 yanvar 2026, 12:41

Təhsil tələbə kreditindən yararlanmaq istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
23 yanvar 2026, 11:55

Gəncədə zibilliyə çevrilən DAYANACAQ

Bütün xəbərlər
23 yanvar 2026, 11:11

İnternet provayderi cərimələndi

Bütün xəbərlər
23 yanvar 2026, 10:31

ADAU-da maaşlar 10 faiz artırılıb

Bütün xəbərlər
23 yanvar 2026, 09:57

Gələn həftə məktəblərdə qış tətili başlayır

Bütün xəbərlər
23 yanvar 2026, 09:16

Gəncədə bıçaqlanan şəxs xəstəxanada ölüb

Bütün xəbərlər
22 yanvar 2026, 18:27

Dəhşətli görüntü - 11 yaşlı uşaq və anası küçədə yaşayır

Bütün xəbərlər
22 yanvar 2026, 18:00

Gəncədə olan cərrah Bakıda əməliyyat apara biləcək

Bütün xəbərlər
22 yanvar 2026, 17:45

Gəncədə zəncirvari qəza olub

Bütün xəbərlər
22 yanvar 2026, 16:28

Kamran Əsədovun növbəti məhkəmə prosesi başladı

Oxşar xəbərlər