top
Gəncədə məşhur olan 200 illik tarixə malik türkəçarə: Nanə arağı
14 yanvar 2023, 20:00
- +

Gəncədə məşhur olan 200 illik tarixə malik türkəçarə: Nanə arağı

Nanə arağı, əsasən, Gəncədə və ətraf rayonlarda məşhur olub. Təbii müalicəvi xüsusiyyətlərə malik nanə yarpağından hazırlanan araq Azərbaycanda ən azı 200 illik tarixi olan türkəçarə reseptidir.

Müalicəvi içəcəyə “araq” deyilsə də, bu məhlul adi spirtli içkilər kimi istifadə olunmur. Araq müxtəlif çiçək, gül və otlardan hazırlanmış dərman cövhərlərinə də deyilib. Bu cür cövhərlərdən biri isə məhz nanə arağıdır.

Nanə arağı orqanizmdə gedən proseslərin tənzimlənməsində, diabet, böyrək və ürək xəstəliklərinin müalicəsində istifadə edilir. Onun digər faydaları da var:


  1. Sancı, ağrı, ürəkbulanma, zəhərlənmə və digər həzm orqanlarının ən müxtəlif pozulmalarında müsbət təsir edir, həzmə kömək edir və iştahı açır;

  2. Bağırsaqlarda qurd və parazitləri məhv edir;

  3. İmmuniteti qaldırır, orqanizmi yeniləyir;

  4. Burun və boğaz yollarını dezinfeksiya edir, angina zamanı qarqara olunur;

  5. Stres, depressiya zamanı sinirləri sakitləşdirir;

  6. Baş və miqren ağrılarında gicgaha çəkilir, həmçinin bir qədər içilir;

  7. Qan dövranını yaxşılaşdırır, yüksək təzyiq olanda içilir.


Nanə arağının hazırlanması çətin və uzun prosesdir, təxmini 7-8 saat çəkir. Onun hazırlanması üçün misdən qazan, güyüm, ney və digər avadanlıqlardan istifadə olunur.

Nanə yuyulub qazana qoyulduqdan sonra bəlli miqdarda üzərinə su əlavə edilir. Qazanın üzərinə qapaq və ney qoyulur. Qapaqla qazanın arasının sonradan qopmağı asan olması üçün duzlu xəmirlə lehimlənir.

Neydən çıxan çıxıntılara qarğı çubuqları taxılır və onun bir ucu mis güyümə yerləşdirilir. Güyüm əvvəldən hazırlanmış soyuq su ilə dolu quyuya qoyulur, ətrafı və buxar çıxa biləcək yerləri bərkidilir. Bundan sonra qaz yandırılır.

Qaynağa düşdükdən sonra 5-6 saat aşağı odda qaynadılır. Bütün bu müddət ərzində daim qazın az və ya çoxluğuna, xəmirlə lehimlənmiş yerlərin qoparaq buxarın qaçmamasına nəzarət olunur. Qaynama zamanı nanə ilə birgə su qaynayaraq buxara çevrilir və qarğılar vasitəsilə soyuq suda olan güyümə daxil olur. Burada buxar suya dönərək nanə arağına çevrilir.

Hal-hazırda bir çoxları nanə arağı satmaq üçün onu kustar və ya digər təzə metodlarla çəkməyə çalışırlar. Gəncədə çox az sayda qədimdən bu işlə məşğul olan insanlar qalıb.

Mənbələr:


  1. https://sputnik.az/20160920/gence-nane-araq-mualice-407092167.html

  2. https://www.medicina.az/100-yasa-anti-derman/gencenin-qedim-nane-araginin-7-faydasi-hansi-xestelere-lazimdir-resept/

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər