top
Cavad xanın xəzinəsinin sirri
15 dekabr 2022, 16:00
- +

Cavad xanın xəzinəsinin sirri

1804-cü ildə Gəncə xanlığı ruslar tərəfindən işğal olunduqdan sonra xalq arasında mərhum Cavad xanın zəngin xəzinəsi haqqında əfsanələr yayılmışdır.

Deyilənlərə görə, rusların qalaya basqın etmək niyyətlərini qabaqcadan görən hökmdar xəzinənin işğalçıların əlinə keçməyindən ehtiyat edirdi. Belə şayiələr mövcud idi ki, qalanın altında yeraltı keçidlər var və Cavad xan öz xəzinəsinin böyük hissəsini bu yeraltı mağarada basdırmışdır. Xanlığın son günlərində tez-tez öz qalasına mahir qazmaçılar çağırırdı. Hətta belə şayiələr gəzirdi ki, bu qazmaçılar ehtiyat məqsədilə oradan geri qayıtmırlar. Cavad xanın xəzinəsinin digər bir hissəsinin isə qalada, Xan bağında basdırıldığı deyilirdi.

XIX əsrin ikinci yarısında xan xəzinəsini axtaranlar İçqalada xana məxsus evləri və xan sarayından başlayan yeraltı yolların bir hissəsini qazıb xarabalıqlara çevirmişdilər. Xanın gizlədilmiş xəzinəsi haqqında eşidən tamahkar ermənilər də xandan qalmış var-dövləti əldə etmək istəyirdilər. Lakin sonradan məlum oldu ki, onları 1820-ci illərdə İrandan gizlicə Gəncəyə gələn Cavad xanın oğullarından biri (ehtimal edilir ki, Uğurlu ağa) çıxarıb, özü ilə aparmışdır. Rus generalı Vasiliy Potto bu hadisələri təsvir edərək yazırdı: “Ermənilər əllərindən sürüşüb çıxmağa macal tapmış bu xəzinəni düşünərək ah-vay edirdilər”.

Mənbələr:


  1. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.

  2. Потто В. Кавказская война. Том 3. Санкт-Петербург-1888.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 19:22

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün xəbərlər
Bu gün, 18:00

MKTİB-ə yeni texnikalar gətirilib

Bütün xəbərlər
Bu gün, 16:38

Beşyaşlıların məktəblərdə boş qalan yerlərə prioritetsiz qəbulu başlayıb

Bütün xəbərlər
Bu gün, 16:02

Həmkəndlisini ağacla döydü, məhkəməlik oldu

Bütün xəbərlər
Bu gün, 14:51

"Kəpəz" Ümid Səmədovla müqaviləni yenilədi

Bütün xəbərlər
Bu gün, 14:03

Hər ət dönər üçün uyğun deyil

Bütün xəbərlər
Bu gün, 13:46

Yaşa görə sosial şəbəkə tələbləri ilə bağlı - Cərimələr müəyyənləşdi

Bütün xəbərlər
Bu gün, 13:34

Gəncədə "Off-road" üçün yararlı küçə

Bütün xəbərlər
Bu gün, 12:58

Sabah Gəncədə 39 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 11:05

Ceki Çanın filmində çəkilmək üçün ŞANS

Bütün xəbərlər
Bu gün, 10:33

Gəncədə ekoloji aksiya keçiriləcək

Bütün xəbərlər
Bu gün, 09:59

Tanınmış müğənni Gəncədə səhnə alacaq - GİRİŞ SƏRBƏSTDİR

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə direktor vəzifəsi üçün müsabiqə elan edilib

Bütün xəbərlər
Dünən, 16:56

Göygöldə qanunsuz tikili söküldü

Bütün xəbərlər
Dünən, 15:41

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Dünən, 15:11

45 yaşlı qadının evinin həyətindən meyiti tapılıb

Bütün xəbərlər
Dünən, 14:35

Fikrət Əmirov parkında şam ağacları quruyur – Gəncə sakini

Bütün xəbərlər
Dünən, 13:56

15 gündə Elm və Təhsil Nazirliyinə 54 minə yaxın müraciət olub

Bütün xəbərlər
Dünən, 12:33

Nizami Gəncəvinin nəslindən olan Xalq artistinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:05

İki sərnişinin ölümünə səbəb olan sürücü yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Dünən, 10:32

Gəncəli şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:58

MİDA güzəştli mənzillər satışa çıxarıb

Bütün xəbərlər
Dünən, 09:08

Gəncədə yol problemi: Çuxurlar sürücüləri çətin vəziyyətdə salır

Bütün xəbərlər
03 avqust 2026, 15:15

Təhsil tələbə kreditlərinə müraciət başladı

Oxşar xəbərlər