top
Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür
12 oktyabr 2024, 17:30
- +

Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

 

Bu gün Azərbaycan mədəniyyətində parlaq iz qoymuş böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anım günüdür.

Gencexeber.az məlumat verir ki, Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində ruhani ailəsində dünyaya gəlib. Atası Məmmədəli axund olub və onun cəmi beş yaşı olanda dünyasını dəyişib. O, ilk təhsilini molla məktəbində alıb, üç il orada oxuyub. Sonrakı təhsilini Gəncədə Müsəlman Ruhani Seminariyasında alıb (1906-1912-ci illər) və oranı müvəffəqiyyətlə bitirib. 1913-cü ildə Zaqafqaziya şeyxülislamı Pişnamazzadənin imzası ilə ona müəllimlik şəhadətnaməsi verilib.

Əhməd Cavad Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında fəal iştirak edib. O, Azərbaycan dili üzrə ilk dərsliyin müəllifi olub. 8-10 dildə sərbəst oxumaq, danışmaq və yazmağı bacaran mütəfəkkir rus dili üzrə professor elmi adını alan ilk azərbaycanlı olub. Cavad öz təxəllüsünü türkiyəli şair Əhməd Cavadın adından götürüb. Beləliklə, eyni tarixi dövrdə türk dünyasında iki Əhməd Cavad yazıb-yaradıb.

Cavad “Yaşıl qələmlər” cəmiyyətinin yaradıcısı və katibi, Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin üzvü olub. O, Xalq Cümhuriyyətinin milli marşlarının əksəriyyətini, o cümlədən Dövlət Himnimizin mətnini qələmə alıb.

O, 1920-1937-ci illərdə dəfələrlə həbs olunub, təqiblərə məruz qalıb. 1937-ci il martın 21-də şairi Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarılıb. Həmin il iyunun 4-də onu H.Cavid, M.Müşfiq və V.Xuluflu ilə eyni vaxtda həbs ediliblər. Oktyabrın 12-dən 13-nə keçən gecə 15 dəqiqəlik məhkəmənin qərarı ilə Əhməd Cavad güllələnib.

Qeyd edək ki, 2022-ci ildə Prezidentin Sərəncamı ilə Əhməd Cavadın anadan olmasının 130 illiyi ölkəmizdə və xaricdə silsilə tədbirlərlə qeyd edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər