top
Azərbaycanın tanınmış Yusifbəylilər sülaləsinin mülkü
20 iyul 2023, 16:00
- ↺ +

Azərbaycanın tanınmış Yusifbəylilər sülaləsinin mülkü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yusifbəylilərin mülkü Gəncədə, Nəsib bəy Yusifbəyli küçəsi, 21-də, Səfərabad məhəlləsində yerləşir. Bina 1877-ci ildə inşa edilib. Azərbaycanın görkəmli dövlət və siyasi xadimi, Cümhuriyyətin banilərindən biri olan Nəsib bəy Yusifbəyli (1881-1920) bu tarixi evdə anadan olub və yaşayıb. Bu ev onun atası Usuf bəy (1852-1922) tərəfindən tikilib.

Dövrünün tanınmış ziyalısı olan Usuf bəy “Difai” partiyasının ən fəal üzvlərindən olub və hələ 1905-ci ildə partiyanın yaradılması üçün ilk müzakirələr bu evdə keçirilib. Bu evdə, həmçinin onun daha iki oğlu Həmid, Eyyub və iki qızı - Şükufə ilə Xanım dünyaya gəliblər. Həmid bəy (1878-1942) hələ XIX əsrin sonlarında Gəncədə ilk dəfə bu evdə ictimai kitabxana açıb. Dövrünün azsaylı ziyalı xanımlarından olan Şükufə xanım isə çar dövründə Gəncədə ilk uşaq bağçasını açıb. O, sovet işğalından sonra bağçanı bu evə köçürməklə Yusifbəylilər mülkünün müsadirə edilməsinin qarşısını ala bilib.

Hazırda mülkdə Yusifbəylilərin ev-muzeyi yerləşir. Burada 1889-cu ildə möhkəm ağacdan düzəldilmiş masa, onun həyat yoldaşı Şəfiqə xanımın cehizi olan çay dəsti, cehizlik dolabı və başqa əşyalar qorunub saxlanılır. Evdə, həmçinin XX əsrin əvvəllərində çap olunmuş, Nəsib bəyin qayınatası İsmayıl bəy Qaspıralının 1912-ci ildə hədiyyə etdiyi “Quran” kitabı var.

Bina Şərq və Qərb memarlıq üslubunda, Gəncənin əksər binaları kimi qırmızı kərpicdən tikilib və bu günə kimi ilkin görünüşünü saxlayıb. Yusifbəylilərin evinin qarşısında istiqlal, maarifçilik və elm tarixinə öz töhfələrini vermiş 8 nəfərin barelyefi vurulub.

Mənbələr:


  1. Gəncənin maddi mədəniyyət abidələri. Bakı-2004.

  2. https://azertag.az/xeber/Arasdirma_istiqlaliyyet_tariximizde_Yusifbeyliler_sulalesinin_xususi_yeri_var-1131040

  3. https://senet.az/o-evin-tarixc%C9%99si-s%C9%99fa-v%C9%99linin-hekay%C9%99si/


4. https://www.youtube.com/watch?v=oJyR-BgTUDo&t=1026s

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:06

Gəncəli döyüşçülərdən 5 qızıl MEDAL

Bütün xəbərlər
Bu gün, 16:00

Sabah Gəncədə hava yağmursuz olacaq

Bütün xəbərlər
Bu gün, 15:10

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 14:37

"Setnet" internet provayderinin generatoru yatmağa imkan vermir - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 12:26

Baş məşqçi: "Pulsuzluqdan doğma stadionumuzda oynaya bilmirik"

Bütün xəbərlər
Bu gün, 11:20

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:18

İlmələrə köçən tarix: Qazax xalçaçılıq ənənəsi

Bütün xəbərlər
Bu gün, 09:22

Gəncədə 15 yaşlı oğlan 5-ci mərtəbədən yıxıldı

Bütün xəbərlər
Dünən, 18:07

"Planda olanda edərik": Gəncədə sakinlərin illərdir həll olunmayan dərdi

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 60%-dən çox artıb

Bütün xəbərlər
Dünən, 16:02

Gəncəli qrossmeyster Azərbaycanı təmsil edəcək

Bütün xəbərlər
Dünən, 15:14

Üçrəngli bayrağın Natiq ucalığı…

Bütün xəbərlər
Dünən, 14:01

Gəncədə "Chevrolet" qəfil alışaraq yanıb

Bütün xəbərlər
Dünən, 13:22

Polis olmaq istəyənlərin nəzərinə: Vilayət Eyvazov Gəncədə sıra baxışı keçirəcək

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə hərbi yürüş keçirilir

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədə ağacəkmə aksiyaları keçirilib

Bütün xəbərlər
Dünən, 09:49

Gəncəli güləşçi Olimpiya çempionu oldu

Bütün xəbərlər
Dünən, 09:10

Azərbaycan və Türkiyə bayraqları ilə Gəncəni dolaşdı…

Bütün xəbərlər
Dünən, 08:27

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:15

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Bütün xəbərlər
08 noyabr 2026, 18:00

Gəncədə su xətləri çəkildi, sürücülər çətin vəziyyətə düşdü

Bütün xəbərlər
08 noyabr 2026, 15:57

Gəncə qapısı: Şuşanın Zəfər tağı

Oxşar xəbərlər