top
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür
22 iyul 2023, 00:07
- +

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür

Bu gün Azərbaycan milli mətbuatının yaranmasına töhfə verən, maarifçi Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin yaranmasından 148 il ötür. 1875-ci ilin 22 iyulunda yaradılan qəzet azərbaycanlıların ilk mətbu orqanı olub. İllər sonra isə Gəncənin ilk qəzeti olan “Gəncənin səsi” çap edilməyə başladı. Bu qəzet, həmçinin ölkənin ilk region qəzeti olub.

Qəzet 5 may 1920-ci ildə “Qırmızı Gəncə” adı ilə fəaliyyətini davam etdirir. Mətbu orqanının adı 7 dəfə dəyişdirilib. Daha sonra qəzet “Zərbə”, “Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Gəncə kommunisti” (Gəncə vilayət mərkəzi olduğu zaman qəzet qısa bir müddətdə bu adla çıxıb), “Kirovabad kommunisti”, 1990-cı ildən “Gəncənin səsi” adı ilə oxuculara təqdim olunub. Qəzet, həmçinin dəfələrlə əlifbasını da dəyişib: “Qırmızı Gəncə” ərəb, “Zərbə” latın, “Kirovabad bolşeviki” kiril, “Gəncənin səsi” yenidən latın əlifbası ilə çıxıb.

Milli mətbuatımızın ən uzunömürlü mətbu orqanlarından olan “Gəncənin səsi” qəzetinin Azərbaycan mətbuatının tarixində xidmətləri olub. “Gəncənin səsi” şəhərin inkişafını, ictimai, iqtisadi və mədəni həyatını işıqlandıran və onu tanıdan mətbu orqanı olub. Qəzet təkcə Gəncənin deyil, ümumilikdə bütün Qərb bölgəsinin bütün ictimai-siyasi və mədəni həyatını səhifələrində əks etdirib.

“Qırmızı Gəncə”nin redaktorları, ziyalılar Məmmədkazım Ələkbərli, Balabəy Həsənbəyov, qəzetin məsul katibi Cəfər Bağır milli-mənəvi dəyərlərə sahib çıxdıqları üçün “xalq düşməni” damğası ilə repressiya qurbanı olublar. Buna baxmayaraq, qəzetin redaktorları həmişə həqiqəti yazmağa çalışıblar. Bütün respublika qəzetləri susdurulan zaman sovet qoşunlarının Azərbaycanda törətdikləri 20 Yanvar faciəsini əks etdirən fotoşəkilləri və həqiqətləri ilk günlərdə insanlara çatdıranlar arasında “Gəncənin səsi” qəzeti də var idi.

Bu gün “Gəncənin səsi” milli maarifçilik ideyalarına, inkişafa və tərəqqiyə xidmət edən, nəsildən nəslə qalan salnamələr yazan mətbuat orqanı kimi nüfuz qazana bilib.

Mənbələr:


  1. https://az.trend.az/azerbaijan/society/3195261.html

  2. https://www.youtube.com/watch?v=i8GwI3eqm8A

  3. http://www.anl.az/down/meqale/adalet/2020/iyul/762513.htm

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər