Qədim türk millətlərinin mədəniyyətini əks etdirən Milli Yaylaq Festivalı keçiriləcək. Bu haqda Gencexeber.az 25 iyun tarixində məlumat verir.
Festival xalqımızın kökü min illərə söykənən zəngin yaylaq ənənələrinin, elat mədəniyyətinin yaşadılması və təbliği məqsədilə baş tutacaq.
Milli Yaylaq Festivalı 5, 6 və 7 iyul tarixlərində Hacıkəndin yaxınlığında yerləşən Xan Yaylağında təşkil olunacaq. Festivala hər kəs dəvətlidir.