Şəhid Nicat Qasımovun atası xəstəxanaya yerləşdirilib.
Gencexeber.az-a Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən verilən məlumata görə, Vətən müharibəsi şəhidi Nicat Qasımovun atası Elşan Nəcəf oğlu Qasımovu xəstəxanada müalicə alır. O, səhhətində yaranan narahatlıq səbəbindən Abbas Səhhət adına xəstəxanaya yerləşdirilib.
Bu səbəbdən şəhər rəhbəri Niyazi Bayramov Elşan Qasımovu xəstəxanada ziyarət edib. O, həmçinin xəstəxanada müalicə olunan digər vətəndaşlarla da görüşərək onlara şəfa diləyib.