"BakuBus" MMC-nin tezliklə Gəncədə fəaliyyətə başlaması ilə əlaqədar avtobuslarda gediş haqqını "CityCard" vasitəsilə ödəmək mümkün olacaq.
Bu barədə Gencexeber.az-a "BakuBus" MMC-dən məlumat verilib.
Bildirilib ki, Gəncədə sərnişinlər "CityCard Azerbaijan" tətbiqini "Apple Store" və ya "Google Play"dən yükləyərək balanslarını onlayn şəkildə artıra, QR kod yaradaraq ödənişləri sürətli şəkildə həyata keçirə biləcəklər.
Qeyd edək ki, "BakuBus" MMC-nin Gəncədə istismara buraxılacaq bütün avtobuslarında gedişhaqqının istənilən bank kartı ilə ödənilməsi də mümkün olacaq.
Ayrıca şirkət "CityCard" ödəniş kartlarını da Gəncə şəhərindəki "Azərpoçt" filiallarında satışa çıxaracaq.