top
İmkanlar hamı üçün açıqdır – Kanadada pulsuz təhsil alan gəncəli
10 sentyabr 2025, 13:44
- +

"İmkanlar hamı üçün açıqdır" – Kanadada pulsuz təhsil alan gəncəli

Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin məzunu Şəmsinur Məmmədzadə böyük uğura imza atıb. O, Birləşmiş Dünya Kollecləri (United World Colleges – UWC) Milli Komitəsi tərəfindən keçirilən çoxmərhələli seçim prosesini uğurla keçərək  2025–2027-ci illərdə Kanadanın nüfuzlu "Pearson College UWC" məktəbində tam təqaüdlə təhsil almaq hüququ qazanıb. 

"Azərbaycan müəllimi" uğurlu gənclə həmsöhbət olub.

Şəmsinur uğurunun arxasında dayanan səbəbləri belə izah edir:

"Uşaq vaxtından xaricdə ölkəmizi təmsil etmək istəyirdim. Özümü inkişaf etdirmək məni həmişə ruhlandırıb. Mənə görə, ən çətin mərhələ videomərhələ idi. Çünki müəyyən mövzu haqqında yalnız 1–2 dəqiqə danışmaq mümkün idi. Fikirləri bu qədər qısa vaxtda tam çatdırmaq heç də asan deyildi".

Proqram haqqında ilk dəfə yaxın qohumundan eşidən Şəmsinur indi həmin günün həyatında dönüş nöqtəsi olduğunu deyir:

"İlk dəfə bu məlumatı yaxın bir qohumumdan almışdım. O vaxtdan proqram diqqətimi çəkmişdi və hədəfimə çevrilmişdi. Bu yolda mənə dəstək olan ailəmə, dostlarıma, qohumlarıma, xüsusilə bacıma çox minnətdaram".

Şəmsinur uğurunun təkcə özünə aid olmadığını düşünür:

"Mənim uğurum Gəncədə oxuyan digər şagirdlərə göstərir ki, məqsəd qoyduqda və çalışdıqda imkanlar hamı üçün açıqdır. Onlara məsləhətim odur ki, özlərinə güvənsin, fürsətlərdən qorxmasın və daim öyrənməyə açıq olsunlar. Arzum yaxşı təhsil alaraq cəmiyyətə faydalı insan olmaqdır. Bu uğur həmin arzuma bir addım yaxınlaşdığımı göstərir".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:49

Gəncədə ağır qəzada xəsarət alanların son durumu - YENİLƏNİB 2

Bütün xəbərlər
Bu gün, 11:32

YDM-də tanışını öldürmək istədi, 8 il həbs olundu

Bütün xəbərlər
Bu gün, 10:52

Gəncədə MKTİB tərəfindən zibil konteynerləri yenilənib

Bütün xəbərlər
Bu gün, 10:25

Gəncədə tanınmış həkim dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 10:00

Gəncəli məşqçilərdən maraqlı təşəbbüs

Bütün xəbərlər
Bu gün, 09:36

20 yaşlı oğlana qəbiristanlıqda xəsarət yetirdilər

Bütün xəbərlər
Bu gün, 00:06

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Bütün xəbərlər
Bu gün, 00:01

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 5 il ötür

Bütün xəbərlər
Dünən, 18:00

Laçında işləmək istəyən gəncəlilərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 17:24

"Komanda üçün fərqi yoxdur - Bakıda çıxış edirik, yoxsa Gəncədə" - Marian Kolevlə MÜSAHİBƏ

Bütün xəbərlər
Dünən, 16:44

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər təyin olunub

Bütün xəbərlər
Dünən, 16:03

Gələn ay torpaq hərracı keçiriləcək

Bütün xəbərlər
Dünən, 15:29

Gəncədə əmək yarmarkası keçiriləcək

Bütün xəbərlər
Dünən, 14:58

"Kəpəz" antirekordunu yenilədi

Bütün xəbərlər
Dünən, 14:33

Mingəçevirdə bıçaqlanan qadının SON DURUMU

Bütün xəbərlər
Dünən, 14:05

Nazir Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 13:32

ADAU tələbələri startap yarışında qalib gəlib

Bütün xəbərlər
Dünən, 13:04

İcra başçısının sabiq müavininə cəza istənilib

Bütün xəbərlər
Dünən, 12:31

Bu il Gəncədə 8 qadında süd vəzi xərçəngi aşkarlanıb

Bütün xəbərlər
Dünən, 11:44

Gəncə yaxınlığında yaradılan Milli Parkdan FOTOLAR

Bütün xəbərlər
Dünən, 11:13

Gəncəçayda növbəti təmizlik aksiyası keçirilib

Bütün xəbərlər
Dünən, 10:43

Gəncədə gözəllik salonunda yanğın olub

Bütün xəbərlər
Dünən, 10:31

Tovuzda qadın dərmandan zəhərlənib öldü

Bütün xəbərlər
Dünən, 10:08

Gəncədə 39 yaşlı qadını maşın vurub

Oxşar xəbərlər