Şəmkirdə su arxına yıxılaraq ölən şəxslə bağlı təfərrüatlar məlum olub
Lent.аz xəbər verir ki, hadisə Dəllər Cəyir kəndi ərazisində qeydə alınıb.
74 yaşlı Şəmkir şəhər sakini Sadıqov Nəriman Qənbər oğlu qonaq getdiyi Şəmkir rayonunun Dəllər Cəyir kəndi ərazisində gəzərkən anidən ürək tutması səbəbindən su arxına yıxılaraq ölüb.
10.09.2025. 16:04
Şəmkirdə bədbəxt hadisə baş verib.
Apa.аz xəbər verir ki, rayon ərazisində orta yaşlı kişi su arxına yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Əraziyə polis əməkdaşları cəlb edilib.