Gəncədə bir sıra ərazilərdə ağaclar quruyub. Bu haqda Gencexeber.az-a 3 avqust tarixində məlumat daxil olub.
Söhbət Gəncə-Bakı yolunun kənarından və Həsən Əliyev küçəsindən gedir. Adıçəkilən yerlərdə ağacların quruma hallarına rast gəlinir. Belə vəziyyət, xüsusən Gəncə-Bakı şosesində daha çox müşahidə olunur. Burada geniş ərazidə əkilmiş ağacların bir çoxu quruyub.
Sakinlərin sözlərinə görə, buna səbəb bitkilərin sulanmaması, onlara vaxtında qulluq göstərilməməsidir.
[modula id="41827"]