Macarıstanın paytaxtı Budapeşt şəhərində boks üzrə keçirilən "Budapest Open" beynəlxalq turnirində gəncəli idmançı uğurlu çıxışı ilə yadda qalıb.
Gencexeber.az-ın məlumatına görə, böyüklər kateqoriyasında Gəncə şəhərini təmsil edən "Savat" klubunun üzvü Sənan Babazadə +85 kiloqram çəki dərəcəsində mübarizə apararaq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib və bürünc medal qazanıb.
Qeyd edək ki, idmançının hazırlıq prosesinə məşqçi-müəllim Beyrək Bağırov rəhbərlik edib.