19 C
Gence
19 C
Gence

Gəncə məktəblilərindən təşəbbüs: şagirdlər fləşmob təşkil ediblər

Gəncədə Zəfər günü münasibəti ilə məktəblilər fləşmob hazırlayıblar. Bu məlumat 5 noyabr tarixində izləyicimiz tərəfindən göndərilib.

Nəriman Nərimanov adına 25 nömrəli məktəbin şagirdləri “Zəfər-44” yazısını və qələbənin rəmzi olan Xarı bülbülü əks etdiriblər. Paylaşdığımız video materialda da göründüyü kimi, çəkiliş havadan dron vasitəsi ilə aparılıb.

Daha öncə, “Zəfər” adlı fləşmobun baş tutması haqda xəbər vermişdik.

Foto Gencexeber.az
Foto Gencexeber.az

 

Ən Çox Oxunan