Gəncədə növbəti dəfə avtomobil nəqliyyatı ilə sərnişin daşınması və taksi fəaliyatı ilə məşğul olan sürücülərin peyvənd olunmaları yoxlanılıb. Bu haqda Gencexeber.az 7 noyabr tarixində “Real” televiziasına istinadən xəbər verir.
Reydlər Yol Polis Xidmətinin əməkdaşları tərəfindən yollarda və stasionar postlarda aparılıb.
Qeyd edək ki, tələblərə əməl etməyən şəxslər inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.